Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, sərəncamda qeyd edilir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Ali Tekin Atalar
Allahverdiyeva İlhamə Kəmənd qızı
Babayeva Ofelya Rəhim qızı
Boçarov Yuri Borisoviç
Demirçi Ayhan Yunus oğlu
Əhmədov Eldar Məmməd oğlu
Əliyev Yunus Dəmir oğlu
Əsgərov Məhəmməd Xəlil oğlu
Hacıyev Qüdrət Əli oğlu
Qarayev Ələkbər Qara oğlu
Muradlı Arzu Oqtay qızı
Nəsirov Seymur Rahim oğlu
Osman Əsli Əli qızı
Rəhimli Səftər Mikayıl oğlu
Rəhman Vaqif Yusuf oğlu
Rüstəmxanlı Tənzilə Yolçu qızı.
***
Azərbaycan Prezidenti İlham Əliyev Marianna Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannis “Dostluq” ordeni ilə təltif edilsin.
Dövlət başçısının digər sərəncamları ilə Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert Viktoroviç İlatov və Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli “Dostluq” ordeni ilə “Dostluq” ordeni ilə təltif ediliblər.
Gununsesi.info