Prezident onu da general edəcək

  • By admin
  • 18 Aprel 2023 12:52

Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunan Mürsəl İbrahimova general-mayor rütbəsi veriləcək.

Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev yaxın günlərdə  yeni sərəncam imzalayacaq.

Qeyd edək ki, adıçəkilən qurumun əvvəlki rəisi rəisi Arzu Rəhimov general-polkovnik rütbəsini daşıyıb.

Yeni rəisin təyinatı ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rayon-şəhər şöbələrində göndərilən xəbərnamədə Mürsəl İbrahimov mülki şəxs kimi təqdim edilib.

Belə ki, “Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən general-polkovnik Arzu Rəhimovun yerinə Müsrəl İbrahimov təyinat alıb” deyə xəbərnamədə yazılıb.

Mais

Gununsesi.info