Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bolat Jurabayevi Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin edib.
Gununsesi.info Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə müvafiq sərəncam izmalayıb.
“Dövlət başçısının sərəncamı ilə Bolat Jurabayev Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin edilib”, – məlumatda deyilir.
Xatırladaq ki, yanvarın 19-da prezident Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığının yaradılması haqqında” fərman imzalayıb. Qeyd edək ki, həmin gün ölkədə müdafiə naziri dəyişdirilib.
Xüsusi əməliyyat qüvvələri ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin təmin edilməsi çərçivəsində xüsusi tapşırıqların həlli üçün nəzərdə tutulub. O cümlədən antiterror əməliyyatlarında iştirak edəcək və qeyri-qanuni silahlı qruplaşmalara qarşı mübarizə aparacaq.
Gununsesi.info