Prezident Cocuq Mərcanlını tərk etməyən Oqtay Həziyevə orden verdi

  • By admin
  • 14 İyun 2017 12:44

14974295952015316469_1000x669

Prezident İlham Əliyev Oqtay Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, sərəncamla doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Xatırladaq ki, O.Həziyev 20 ildir Cocuq Mərcanlı kəndində yaşayır.

Gununsesi.info