Prezident özünə daha 4 köməkçi təyin etdi - YENİ STRUKTUR

  • Müəllif: admin
  • 01 İyun 2017 15:40

pa-prezident-admin

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.

Gununsesi.info-nun məlumatına görə, dövlət başçısının yeni köməkçiləri təyin olunub.

Dilarə Seyidzadə prezidentin köməkçisi, Azər Əmiraslanov prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, Zeynal Nağdəliyev prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi, Fuad Ələsgərov prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, Novruz Məmmədov prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi təyin edilib.

Gununsesi.info Prezidentinin Administrasiyasının yeni strukturunu təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi  Cəmilə Abbasova
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi  Altay Həsənov
Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov
Prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev
Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov
Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov
Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov
Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri  
Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi  Dilarə Seyidzadə
Prezidentin mətbuat katibi  Azər Qasımov
Prezidentin protokol xidmətinin rəisi Elçin Bağırov
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri  Tələt Məcidov
Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev
Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov
Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova
Mürtəza
Gununsesi.info