
Rusiya Prezidenti Vladimir Putin uzun müddətdir ki, etdiyi səfərlərini hava və ya quru yolunun əvəzinə, zirehli və lüks qatarla gerçəkləşdirir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Putinin izlənilmə qorxusu ilə bu qatardan istifadə etdiyi və tez-tez getdiyi yerlərə gizi stansiyalar və bağlantı xətləri qurdurduğu iddia edilir.
Putinin qatarının içindən olduğu iddia edilən yeni fotolar ortaya çıxdı.
“İndependent Türkçe”nin iddiası ilə yazdığı xəbərə görə, qatarın içində gözəllik salonu, hamam, idman zalı və yemək otağınadək hər cür ehtiyac düşünülüb.
Qatarda çoxfunksiyalı bir xəstəxana da yer alır.
Tərcümə: Arzu