Prezident qəzaya düşdü

  • By admin
  • 30 Aprel 2018 18:10

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz Superliqanın XXXI turunda “Beşiktaş” üzərində qələbənin sevincini doyunca yaşaya bilməyib. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumatına görə, klub rəhbəri qəzaya uğrayıb.

Hadisə dünən gecə qarşılaşmadan sonra baş verib. Belə ki, evinə qayıdarkən Cengizin sürücüsünün idarə etdiyi avtomobil avtobusla toqquşub. Hadisənin təfərrüatları açıqlanmasa da, heç kimin ciddi xəsarət almadığı vurğulanıb.

Qeyd edək ki, “Qalatasaray” “Beşiktaş” üzərində 2:0 hesablı qələbə qazanaraq, liderliyini davam etdirib.

Gununsesi.info