Prezident Qarabağ ermənilərinin taleyi barədə DANIŞDI

Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı Qarabağ ermənilərinin taleyi barədə məsələyə də toxunub.

Dövlət başçısı bildirib ki, Praqa görüşündə bu məsələ üzrə fikir mübadiləsi olub:

HTML tutorial

“Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib”.

Gununsesi.info