
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qırğızıstanın dövlət başçısı Almazbek Atambayevin qızının Instagram sosial şəbəkəsindəki hesabında paylaşdığı fotoşəkil ölkədə birmənalı qarşılanmayıb. Fotoşəkildə onun yarıçılpaq halda öz körpəsinə süd verdiyi əks olunub.
20 yaşlı Aliya Şaqiyeva ona qarşı göstərilən sərt reaksiyalara cavab olaraq bildirib ki, namus anlayışı zamana və mədəniyyətə görə dəyişə bilər. Gənc qadının fikrincə, namus mövzusunda mübahisə etmək mənasızdır.
Onu da qeyd edək ki, Qırğızıstan əhalisinin 75 faizi müsəlmandır. Almazbek Atambayev bu ölkəyə 2011-ci ildən etibarən rəhbərlik edir.
Gununsesi.info