Prezident qolf avtomobili sürüb - FOTO+VİDEO

  • By admin
  • 07 Avqust 2017 13:25

29

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan qolf avtomobilini idarə edərkən görüntülənib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən R.T.Ərdoğan tətil üçün doğulduğu kəndə Rizəyə səfər edib.

Belə ki, Ərdoğan səfər zamanı qolf avtomobilini idarə edərkən həmin anları fotoqraf obyektivin yaddaşına həkk edə bilib.

Qeyd edək ki, sonra prezident həmin şəkilləri özünün “İnstaqram” hesabından paylaşıb.

27

https://www.youtube.com/watch?v=Fmz2foFks2c&feature=youtu.be

Anar

Gununsesi.info