Prezident Ruhani: “ABŞ-da baş verənlər Qərbin demokratiyasının zəif və uğursuz olduğunu göstərdi”

  • By admin
  • 07 Yanvar 2021 14:38

İran prezidenti Həsən Ruhani Donal Tramp tərəfdarlarının bu gecə ABŞ Konqresinə hücumunə münasibət bildirib. 

Gununsesi.org xəbər verir ki, Həsən Ruhani ABŞ-ın zəif dövlət olduğunu və Donald Trampın dünya üçün təhlükəli şəxs olduğunu söyləyib.

Həsən Ruhani deyib: ” Ötən gecə və bu gün ABŞ-da baş verənlər Qərbin demokratiyasının nə qədər zəif və uğursuz olduğunu, güclü bir təmələ sahib olmadığını göstərdi. Biz həm də gördük ki, ABŞ kimi dövlətlərdə popülizm daha çox inkişaf edir.

Donald Tramp prezidentliyi dövründə ABŞ-a və dünyaya böyük zərərlər vurdu. Biz Tramp kimi popülist bir insanın ötən 4 ildə həm öz ölkəsinin başına, həm də Fələstin, Suriya, Yəmən və digər ölkələrin başına hansı bəlalar açtığını, ABŞ-ın nüfuzunu ayaqlar altına atdığına şahid olduq. İki həftə sonra Ağ Evdə vəzifəsinin icrasına başlayacaq şəxslər Trampın yol verdiyi səhvləri düzəltməli və Amerika xalqını düşünməlidir”.

Gununsesi.org