Prezident Ruhaniyə başsağlığı verdi

  • By admin
  • 26 Noyabr 2016 13:37

ilham_aliyev_160412_albom_9_main

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti  Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, başsağılğında deyilir:

“Hörmətli cənab Prezident,

Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Gununsesi.info