“Biz həmin dövrü unutmamışıq, İbrahimbəyov Milli Şuranın ideoloqu idi, radikal müxalifəti bir araya gətirərək prezidentliyə namizəd oldu, sona qədər getməyə çalışdı. Onun arzusu prezident olmaq idi. İndi belə danışır. Sənə kim məcbur edirdi ki, namizəd olasan?”
Gununsesi.org xəbər verir ki, bu sözləri “Yeni-Müsavat”a açıqlamasında deputat Fəzail Ağamalı Rüstəm İbrahimbəyovun müsahibəsinə münasibət bildirərkən deyib.
Deputat İbrahimbəyovu qeyri-səmimi insan sayır: “Vətənə sədaqətsizliyini çəkdiyi filmdə göstərdi, xalqı aşağıladı. Budur onun siması, xalqına münasibəti… İbrahimbəyov ambisioz, kosmopolitdir, tükənməyən ambisiyaları ciddi səhvlər yol verməsinə səbəb olur. Lakin cənab prezident lütfkarlığından irəli gələrək çoxları kimi, onu da bağışladı və İbrahimbəyov bunlardan nəticə çıxarmalıdır. Bu gün də prezidentə xoş sözlər deyirsə, onun etirafının bir növüdür”.