Prezident sərəncam imzaladı

  • By admin
  • 03 İyul 2023 14:26

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Müşahidə Şurasının tərkibindən çıxarılıb, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Müşahidə Şurasının tərkibinə əlavə edilib.

Gununsesi.info