Prezident sərəncam imzaladı

  • By admin
  • 09 Dekabr 2021 17:25

Prezident İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Gununsesi.info  xəbər verir ki, sərəncama əsasən, 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezident ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1293) 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilsin:

“Təşkilat Komitəsinin sədri

Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

Humanitar siyasət, diaspor, multikulturalizm və dini

məsələlər şöbəsinin müdiri

Təşkilat Komitəsinin üzvləri

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Fərid Qayıbov – Azərbaycan Respublikasının Gənclər və idman naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Emin Əmrullayev – Azərbaycan Respublikasının Təhsil naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının Xarici işlər naziri

Sahil Babayev – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin

Direktorlar Şurasının sədri

Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru”.

Gununsesi.info