Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və Baş qərargah rəisi Hulusi Akar arasında görüş keçirilib. Gununsesi.info “haberturk”ə istinadən xəbər verir ki, görüşdə iyulun 28-də Cankaya köşkündə Yüksək Hərbi Şurası öncəsi məsələləri müzakirə olunub. Baş nazir Binəli Yıldırm ATV-yə müsahibəsində bildirdi ki, Yüksək Hərbi Şurada təkcə xainlər məsələsi deyil, 15 iyuldakı dövlət çevrilişinə cəhd məsələsi, buraxılan səhvlər və bundan sonra atılacaq addımlar müzakirə olunacaq. “Necə deyərlər bir daha xalq belə bir hadisə ilə üzləşməmək üçün nə hansı addımlar atılmalıdır, onlar müzakirə olunacaq”- deyə, baş nazir vurğulayıb. Baş nazir eyni zamanda şəhər mərkəzində olan hərbi hissələrin şəhər kənarına çıxarılması, orduda və istihbaratda islahatlar məsələsi ciddi surətdə müzakirə olunacaq. Yüksək Hərbi Şurada Baş qərargah rəisi və İstihbaratın şefinin də istefası məsələsinə toxunulacaqmı sulaına cavab olaraq baş nazir deyib ki, iclasda bütün məsələlərə baxılacaq.
Qeyd edək ki, Yüksək Hərbi Şura ilk dəfə olaraq Cankaya köşkündə keçiriləcək.
Gununsesi.info