“Prezident seçilsəm o icra başçısını asdıracam “- O "JULİK"DİR

“Prezident seçilsəm o  icra başçısını asdıracam “

Prezidentliyə namizədliyini elan edən Hafiz Hacıyev növbəti şou xarakterli çıxışını edib. Gununsesi.info bildirir ki, o, bu dəfə icra başçılarını hədəfə alıb:

“İcra başçıları yerlərdə qanunsuzluqlar edir, vətəndaşları dövlətdən narazı salırlar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “kloun”, Gədəbəy İcra hakimiyyətinin başçısı Ramiz Yediyarov isə  “julik” dir. O rüşvətxorun biridir, Fazil Məmmədovun kadırı olub. Fazil Məmmədov çox böyük nöqsanlara yol verdiyinə görə vəzifədən uzaqlaşdırılıb. Bu adamlar niyə qalmalıdır? Ramiz dövlətçilikdən bixəbər adamdır. Oradan yoldaşlar mənə gəlib dedilər ki, əlacımız sənə qalıb, prezidentə çatdır ki, o adamın əlindən Gədəbəy camaatının hamısı deyir ki, bizim gedib ermənilərə girov düşməyimiz, gedib ermənilərin içində yaşamağımız yaxşıdır, nəinki bunun, bu banditin əlində yaşamağımız. Bu cür insanlar Azərbaycan hakimiyyətində baş qaxıncıdır. Bunun orada qalması cinayətdir. Onu həbs etmək lazımdır. Bu adamın mənəvi haqqı yoxdur ki, bu gün İlham Əliyevin komandasında qalıb işləsin. Çünki İlham Əliyev həmişə deyir ki, xalqın xidmətçisi olmaq lazımdır. Bu nə edir? Bu azərbaycan xalqını məcbur edir ki, gedib erməniyə əsir düşsün! Ramiz kimi məmurlar asılmalıdır”.

Gununsesi.info

COMMENTS