Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilən Prezident seçkilərinə aprelin 21-dək yekun vuracacaq.
MSK-nın media və ictimai əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir.
O bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir: “Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir”.
Gununsesi.info