Prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına təqdim edən təşkilatların sayı məlum olub.
Gununsesi.info -nun xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
O qeyd edib ki, növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar MSK-ya 3 təşkilat sənədlərini təqdim edib.
“Həmin təşkilatlar Vətəndaşlarıın Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi MMC-dir”, – deyə o, əlavə edib.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək.
Gununsesi.info