
Azərbaycanda 11 aprel tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi may ayında növbəti devalvasiyanın baş verəcəyinə dair ortaya ehtimallar artıb. Sosial mediada bir çox ekspertlər, sosial şəbəkə istifadəçiləri manatın ucuzlaşacağını deyirlər.
Bu ehtimal nə dərəcədə doğrudur? Manat bu il yenidən kəskin ucuzlaşa bilərmi?
İqtisadçı-ekspert Rəşad Həsənov Gununsesi.info-ya açıqlamasında qeyd olunan suallara cavab olaraq bildirib ki, hazırkı şərtlər daxilində devalvasiyanı reallaşdıra biləcək heç bir fakt yoxdur: “Bu gün əslində, proseslər manatın möhkəmlənməsinə doğru gedə bilər. Devalvasiyanı şərtləndirə biləcək nə kiçik, nəda fundamental faktor var”.
Ekspert deyir ki, manatın məzənnəsinin formalaşmasında neft amili başlıca rol oynayır: “Bu gün neftin dünya bazarındakı qiyməti 71 dollar civarındadır. Büdcədəki baza qiyməti ilə müqayisədə “qara qızıl” 15-20 dollar baha satılır. Eyni zamanda valyuta birjasında ən böyük iştirakçı olan Neft Fondu da transfert üçün daha çox vəsait xərcləməlidir. Yəni bazarda artıq valyuta təklifi olacaq. Ona görə də seçkilərdən sonra devalvasiya olacağını düşünmürəm”.
Vüsalə
Gununsesi.info











