Prezident seçkilərinin vaxtı açıqlandı - ÖZBƏKİSTANDA

  • By Mayil
  • 09 Sentyabr 2016 14:50

ozbek

Özbəkistan parlamentinin nümayəndəsi ölkədə prezident seçkilərinin 3 ay ərzində keçiriləcəyini bildirib.
Gununsesi.info Özbəkistan mətbuatına istinadən xəbər verir ki, yeni prezident dekabrın 4-də seçiləcək.
Özbəkistan konstitusiyasına uyğun olaraq ölkə prezidenti vəzifələrini icra edə bilmədiyi təqdirdə onun səlahiyyətləri müvəqqəti olaraq parlamentin yuxarı palatasının sədrinə həvalə edilir və 3 ay ərzində dövlət başçısı postuna seçkilər keçirilir.
Özbəkistan Ali Məclisi Senatının sədri Niqmatulla Yuldaşev namizədliyini geri götürdüyü üçün parlamentin hər iki palatasının iclasında Baş nazir Şövkət Mirziyev müvəqqəti olaraq prezident səlahiyyətlərini icra etmək üçün təyinat alıb.
Qeyd edək ki, insult səbəbindən vəfat edən Özbəkistanın ilk prezidenti İslam Kərimov sentyabrın 3-də Səmərqənddə dəfn olunub.

Anar

Gununsesi.info