Misirdə növbəti prezident seçkiləri martın sonunda keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin seçkilər üzrə milli komissiyasının rəhbəri Ləşin İbrahim bildirib.
Onun sözlərinə görə, ölkə xaricində seçkilər martın 16-18-də, ölkə daxilində isə martın 26-dan 28-dək keçiriləcək. Seçkilərin nəticələri aprelin 2-də məlum olacaq.
Namizədlərin heç biri lazımi sayda səs toplamasa, seçkilərin ikinci turu 24-26 apreldə baş tutacaq.
Hazırkı dövlət başçısı Əbdül Fəttah əs-Sisi 2014-cü ilin mayında prezident postuna seçilib, iyunun 8-də isə səlahiyyətlərinin icrasına başlayıb.
Gununsesi,info