Prezident seçkiləri ilə əlaqədar 4 seçki məntəqəsində nəticələr ləğv edilib

  • By admin
  • 15 Aprel 2018 11:50


Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı 4 seçki məntəqəsinin nəticələri ləğv edilib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında qəbul edilib.

Qərara əsasən, 57 saylıı Kürdəmir seçki dairəsinin 2 saylı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 seçki məntəqələrində nəticələr ləğv olunub. 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrinin seçki komissiyaları isə buraxılıb.

 

Gununsesi.info