Prezident seçkilərində “exit-poll” keçirmək istəyən təşkilatların sayı məlum olub

Prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına təqdim edən təşkilatların sayı məlum olub.

Gununsesi.info -nun xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

O qeyd edib ki, növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar MSK-ya 3 təşkilat sənədlərini təqdim edib.

 

“Həmin təşkilatlar Vətəndaşlarıın Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi MMC-dir”, – deyə o, əlavə edib.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək.

 

 

Gununsesi.info