“Prezident seçkilərində yüksək fəallıq proqnozlaşdırılır” -Missiya rəhbəri

  • By admin
  • 11 Aprel 2018 17:12

“İlkin müşahidələrə əsasən prezident seçkilərində yüksək fəallığa ümid etmək olar”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyasının (PA) Rusiya nümayəndə heyətinin rəhbəri İlyas Umaxanov bildirib.

İ.Umaxanov bildirib ki, səhər saatlarından seçki məntəqələrinin açılmasında iştirak ediblər: “Artıq səhər saat səkkizə yaxın böyük növbələr yaranırdı. Ümid etmək olar ki, seçkilərin yekununda yüksək fəallıq olacaq. Hələlik biz Bakı ilə bağlı mülahizə yürüdə bilərik, regionlar haqqında hələlik məlumat yoxdur”.

Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafından danışan İ.Umaxanov əmin olduğunu bildirib ki, səmərəli əməkdaşlıq seçkilərdən sonra da davam etdiriləcək.

Gununsesi.info