
Gürcüstan Mərkəzi Seçki Komissiyası bu il keçiriləcək prezident seçkisinə 39 136 784 lari (15 mln. dollardan çox) vəsait xərcləyəcək.
Gununsesi.info apa-ya istinadən məlumat verir ki, bu məbləğin 28 272 634 larisi seçkinin keçirilməsi, 1 002 300 larisi seçkilərə hazırlıq, 2 242 850 larisi seçki subyektlərinin televiziya vasitəsilə reklamına, 7 619 000 larisi isə seçki subyektləri nümayəndələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
Gürcüstanda prezident seçkisi oktyabr ayında keçiriləcək.
Gununsesi.info