
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin sədr müavini, Kəlbəcər rayonundan seçilən Millət vəkli Cavid Qurbanovun nümayəndəsi Həbib Misirov Prezident İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülən Kəlbəcər rayon gəncləri ilə görüşüb. Həbib Misirov görüşdə iştirak edən 692 balla Diplomatiya Akademiyasının Dövlət və ictimai münasibətlər fakultəsinə daxil olan Rəşidli Arzu Azər qızı və 680 balla Azərbaycan Tibb Unveristetinin müalicə işi fakultəsinə daxil olan Rzayev Murad Elburus oğluna Millət vəkili Cavid Qurbanovun təbriklərini catırıb və təhsillərində uğurlar arzulayıb. Həbib Misirov çıxışında dövlətin savadlı və xüsusi qabiliyyəti ilə seçilən gənclərə çox böyüq qayğı və diqqət göstərdiyini, bunun nəticəsi olaraq gənclərimizin də dövlətə və millətə xidmət üçün əllərindən gələni əsirgəmədiyini bildirib: “Bu gün tələbə adını qazanan hər bir gənc də öz millətinə və xalqına xeyirli vətəndaş kimi formalaşsın, dövlətin bu qayğısından yararlanaraq təhsildə daha böyük uğurlar qazanaraq Azərbaycanımızı dünyanın elm ocaqlarında ləyaqətlə təmsil etsin”.
Tədbirdə tələbələrə millət vəkili Cavid Qurbanovun hədiyyələri təqdim olunub və onlar bu böyük uğur münasibətilə təbrik edilib.
Tələbə adını qazanan bu istedadlı gənclər onlara göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etdiblər və təhsildə uğurlar qazanaraq ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə və xalqımızın rifahı üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər.
Gununsesi.info