Prezident Tərtərə 7 milyon manat ayırdı

  • By admin
  • 05 İyul 2017 18:18

ilham

Prezident İlham Əliyev Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, sərəncamda bildirilir ki, iyirmi dörd min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,0 (yeddi) milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Gununsesi.info