Prezident təqaüdünün də məbləği artırıldı

Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.

Gununsesi.infoxəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, həmin məbləğ sentyabrın 1-dən 350 manat müəyyən edilib.

Qeyd edək ki, tələbələrə verilən Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 manat müəyyən edilmişdi.

 

 

Gununsesi.info