“Prezident təsdiq edəndən sonra görək nəyə etiraz edəcəklər?!” - DEPUTAT

  • By admin
  • 16 Sentyabr 2016 17:29

fazail-ibrahimli

“Kinematoqrafiya haqqında” yeni qanun layihəsinin nazirliklərə, xüsusilə də, iqtisadi sfera ilə bağlı olan dövlət qurumlarına rəyə, ekspertizaya göndərilməsinə ehtiyac, gərək varmı?”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili, professor Fəzail İbrahimli Milli Məclisin (MM) qarşıdan gələn növbəti payız sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin sentyabrın 16-da keçirilən iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, buna əslində heç bir ehtiyac yoxdur:
Biz qanunu olduğu kimi qəbul edək, sonra da hüquqi cəhətdən qüvvəyə minməsi üçün cənab Prezdentə göndərək. O da təsdiq edəndən sonra görək onlar nə deyəcək, nəyə etiraz edəcək?!  Odur ki, bu sənədin rəyə göndərilməsinə ehtiyac yoxdur. Mən olsaydım, buna da cəhd edərdim, amma məsləhət təbii ki, komitə sədr kimi sizindir“.
Qeyd edək ki, bir xeyli müddətdir “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi hazırlanıb və o, rəy verilməsi üçün bir sıra nazirlik və dövlət kömitələrinə göndərilib.
Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynovun  bildirdiyinə görə isə  artıq bəzi nazirliklər, o cümlədən, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi öz rəylərini göndəriblər və onlar qanun layihəsindən bir necə maddənin, xüsusilə, 35 və 36-cı maddələrin çıxarılmasını təklif ediblər.
Komitə sədri öz növbəsində F. İbrahimlinin fikirlərinə cavab olaraq  bildirib ki, bu qanunun gələcəkdə işləməsi və kino sahəsinə töhfə verməsi üçün də məhz həmin qurumların mövqeyinin öyrənilməsi zərurəti var.
 “Odur ki, həmin qurumların rəylərinin alınması lazımdır. Razılşsaq da, razılaşmasaq da, rəylərini bilməliyik”-deyə, o, cavabında daha sonra  sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu
Gununsesi.info