Prezident: “TANAP, TAP və digər layihələrlə bağlı işlər fasiləsiz davam etdirilir”

  • By admin
  • 01 İyun 2016 12:38

Ilham Aliyevv

“Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya nəql olunacaq”. Gununsesi.info -nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin XXIII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçılarına ünvanladığı məktubda deyilir. “TANAP, TAP və digər layihələrlə bağlı işlər fasiləsiz davam etdirilir. Dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycanın iştirakçısı olduğu və icra etdiyi bütün iri layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi təsdiq edilmiş cədvəl üzrə vaxtında gerçəkləşdiriləcək”, – deyə məktubda bildirilir.