Prezident Tatar qeyri-rəsmi – Köpəyi ilə /

  • By arzu
  • 28 İyun 2023 10:42

Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, quruluşunun yaxınlaşan 40-cı ilini keçirməyə hazırlaşan ŞKTC-nin ildönümü tədbirləri çərçivəsində Tatar bildirib ki, siyasətə atasının sayəsində gəlib.

Qurban Bayramı günündə siyasi karyerası ilə bağlı açıqlama verən Prezident ŞKTC-nin var olma mübarizəsinin hər anına şahid olduğunu bildirib.

Tatar vuröulayıb ki, siyasətlə maraqlanmasına səbəb ŞKTC-nin və Kipr türk xalqının milli mübarizəsinin hər dönəmində böyük vəzifələri üzərinə götürən atası Rüstəm Tatar olub.

 

Tərcümə: Arzu

Gununsesi.info