Prezident və xanımı Mərkəzi Parkın açılışında

  • By admin
  • 22 May 2019 16:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı bağın və Füzuli küçəsi boyunca salınmış Mərkəzi Parkın açılışında iştirak ediblər.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Gununsesi.org-a məlumat verilib.