

Qırğızstan prezidenti Almazbek Atambayevin shhəti birdən-birə pisləşib və o, təcili olaraq müalicə üçün İstambula aparılıb.
Gununsesi.info “Tengrinews”-ə istinadən xəbər verir ki, hazırda Atambayev İstambulda həkimlərin nəzarəti altındadır.
Qırğızstan prezident aparatının informasiya siyasəti çöbəsindən bildirilib ki, dövlət başçısı səhhətində yaranmış problemlə bağlı olaraq sentyabrın 20-dən oktyabrın 1-dək qısamüddətli məzuniyyət götürüb.
Qeyd edək ki, Qırğızstan prezidenti Almazbek Atambayev Nyu-Yorka səfəri zamanı yolda səhhəti birdən-birə pisləşib. O, ürəyindən tutan ağrılar nəticəsində istanbuldakı klinikalardan birinə yerləşdirlib. Hazırda komleks müayinədən keçməkdədir.
Onu da əlavə edək ki, sentyabrın 17-də A.Atambayev 60 illik yubleyini qeyd edib.
https://www.youtube.com/watch?v=M0758EaQd9Q
Gununsesi.info