
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi barədə sərəncam imzalayıb.
Gununsesi.info xəbər verir ki, sərəncama əsasən, Fəxri Xanhüseyn oğlu Kazımov “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Fəxri Kazımov Milli Məclisin deputatı, Sosial Rifah Partiyasınıln sədri Xanhüseyn Kazımlının oğludur. Fəxri Kazımlı bundan əvvəl Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsində çalışıb.
Gununsesi.info