Prezident Vladimir Putin prezident seçkilərində prezidentliyə namizəd olmuş jurnalist Kseniya Sobçaka yüksək vəzifə təklif edib.
Gununsesi. info “Arqumentı nedeli”yə istinadən xəbər verir ki, Putin Kseniya Sobçaka öz imkanlarını göstəmərk üçün iki vəzifə Prezident yanında Federasiya Şurasının üzvlüyünü və yaxud da elə də inkişaf etməmiş bir regionun qubernatoru vəzifəsini təklif edib.
Putin anaolji təklifi digər prezidentliyə namizəd olmuş Pavel Qrudinə də edib. Qrudinə Rusiya kənd təsərrüfat naziri postu təklif olunub. İndiki nazir Aleksandr Tkaçev bu vəzifədən gedərək ailə kənd təsərrüfatı biznesi ilə məşğul olacaq.
Putin tərəfindən verilən təklifləri hələlik nə Sobçak, nə Qrudin şərh etmək istəmirlər.
Gununsesi.info