Prezident Xankəndi stadionunda şəhid anası ilə görüşdü - Video

Xəbər verdiyimiz kimi, Xankəndi şəhərində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilir.

Gununsesi.info -nun məlumatına görə, Prezident İlham Əliyev oyunöncəsi çıxışı zamanı stadionda qarşılaşmanı izləyənlər arasında şəhid ailə üzvlərinin də olduğunu bildirib. O daha sonra şəhid anası ilə görüşüb.

“Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin hamımız birlikdə onları salamlayaq”, – dövlət başçısı qeyd edib.