Prezident Xocalı rayonunun Naxçıvanlı kəndində olub

  • By admin
  • 22 Dekabr 2023 16:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub.

Gununsesi.info bildirir ki,  dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirdi.

Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib.

Gununsesi.info