Prezident yaxın günlərdə xəstəxanadan buraxılacaq

  • By admin
  • 28 Sentyabr 2016 17:02
almazbekxestee2
Moskvada müalicə alan Qırğızstan prezidenti Almazbek Atambayevin səhhəti normallaşmaqdadır.
Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızstan prezident aparatının informasiya siyasəti şöbəsi məlumat yayıb.
Məlumatda deyilir ki,  prezident Atambayevin Moskvadakı Mərkəzi Klinik Xəsətxanasında müalicəsi davam etdir. Ürəyindən əziyyət çəkən prezident hələ də həkimlərin nəzarəti alıtndadır.
Həkimlərin rəyinə görə, Atambayevin səhhəti normallaşma istiqamətində gedir və onun səhhətini qənaətbəxş hesab edirlər. Həkimlər onu da bildirib ki, səhhətindəki yaxşılaşma bu dinamika ilə davam edərsə, həftəsonu Atambayev xəstəxanadan buraxıla bilər.
Gununsesi.info