Qırğızstan prezidenti Almazbek Atambayev “Qırğızstanım” adlı yeni mahnısini geniş ictmai kütlənin ixtiyarına həvalə edib.
Gununsesi.info Qırğızstan mətbuatına istinadən xəbər verir ki, internetdə yayımlanan mahnı qısa zamanda çoxsaylı sosial çəbəkə istifadəçiləri tərəfindən izlənilib.
Qeyd edək ki, sentyabrın 17-də Almazbek Atambayev 60 illik yubleyini qeyd edir və mahnı da yubley ərəfəsində geniş ictimaiyyət kütləsinə təqdim edilib.
Bu mahnı “şəhər romansı” tərzində ifa olunub. Mahnıda Almazbek Atambayev öz ata yurduna olan sevgisini izhar edir. İndiyədək Almazbek Atambayevin üç klipi işıq üzü görüb.
Gununsesi.info