Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib

  • By admin
  • 08 Yanvar 2018 14:36

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 8-də Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnaməsini qəbul edib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı, həmçinin Monqolustan, Nigeriya Federativ Respublikası və Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Bold Ravda, Hamzat İbrahim və Bakir Sadoviçin etimadnamələrini qəbul edib.

Gununsesi.info