Prezident yerli jurnalistlərə açıqlama verdi - VİDEO

  • By admin
  • 02 Sentyabr 2016 17:43

ilham

Bu gün “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Gununsesi.info xəbər verir ki, bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasının yarışlarına start verən Prezident İlham Əliyev turnirlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb:
“Azərbaycan bir daha özünü dünyaya müasir, inkişaf edən ölkə kimi təqdim edir. Bütün qonaqlar, əminəm ki, öz ölkələrinə xoş təəssüratlarla qayıdacaqlar. Bunun çox böyük əhəmiyyəti var. Azərbaycanda mötəbər yarışlar ənənəvi olaraq keçirilir: Avropa Oyunları, Şahmat Olimpiadası, Formula 1 yarışları. Gələn il İslam Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir”.

Gununsesi.info