Prezidentin tapşırığı ilə yüksək vəzifəli rəsmilərin maaşı azaldılır - MEKSİKADA

  • By admin
  • 06 Yanvar 2017 10:49

A US cable claimed Televisa gave the Mexico State governor Enrique Peña Nieto wide coverage

Meksika hökuməti kütləvi etirazlara və soyğunçuluq hallarının artmasına səbəb olan benzinin qiymətinin qalxması fonunda yüksək vəzifəli rəsmi şəxslərin maaşının azaldılması barədə qərar qəbul edib.

Gununsesi.info RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Enrike Penya Nieto deyib.

Dövlət başçısı bildirib ki, benzinin qiymətinin qaldırılması nəticəsində xərclər 190 milyard peso (8,9 milyard dollar) azalıb: “Bundan başqa, yüksək vəzifəli rəsmi şəxslərin əməkhaqları 10 faiz azaldılacaq”.

Qeyd edək ki, benizin qiymətinin artırılması qərarı yanvarın 1-dən ölkədə kütləvi etirazlara səbəb olub. Son bir neçə gün ərzində Meksikada 370 ticarət obyekti qarət olunub.

Gununsesi.info