Prezident Zəfər Günü ilə bağlı QANUNU TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiq edib.

Gununsesi.info xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycanda 8 noyabr Zəfər Günü qeyri-iş günü olacaq.

Digər dəyişikliyə əsasən, hər il sentyabrın 27-si – Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.

Gununsesi.info