Prezidentdən 625 nəfərə Novruz MÜJDƏSİ

  • By admin
  • 18 Mart 2021 16:35

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, Prezidentin imzaladığı sərəncamla 475 məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, cərimə cəzasına məhkum edilmiş 23 nəfər cəzadan azad ediliblər

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum edilmiş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.

Gununsesi.info