Prezidentdən Abdulrəhim Hacıyevlə bağlı sərəncam

  • By admin
  • 03 İyun 2017 18:52

1496494590-523

 

Azərbaycan Prezidenti İlham Əliyev Abdulrəhim Hacıyevə prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə Abdulrəhim Mövlud oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin”.

Qeyd edək ki, Abdulrəhim Hacıyev Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su Anbarları və Hidroqovşaqların İstismarı Sektorunun müdiridir.

 

Gununsesi.info