Prezidentdən Gəncə və Sumqayıt icra başçılarının köməkçiləri ilə bağlı SƏRƏNCAM

  • By admin
  • 07 Avqust 2017 18:32

ilham eliyev serencam

Azərbaycan prezidenti İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il 9 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib:

Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda:
rəhbər 365
rəhbərin müavini 345
sektor müdiri, baş mühasib 315
baş məsləhətçi 290
böyük məsləhətçi 285
aparıcı məsləhətçi 280
məsləhətçi 275

Gununsesi.info