Prezidentdən gözlənilməz addım - ƏHALİNİN NARAZI HİSSƏSİ İLƏ GÖRÜŞDÜ

  • By admin
  • 27 Mart 2018 12:30

Vladimir Putin Kemerovaya səfəri zamanı “Qış albalısı” Ticarət Mərkəzində baş verən yanğın nəticələrinin araşdırmasından narazı olan şəhər əhalisi ilə görüşüb.

Gununsesi.info interfax-a istinadən xəbər verir ki,  Kemerova şəhər meri İlya Seredyuk şəhər əhalisinin narazı olan təbəqəsinin 15 nəfərlik nümayədəsi ilə məhkəmə tibbi ekspertizasının morquna gələrək,  məsələniN dəqiqliyini yerində araşdırıblar. Kemerovada səfərdə olan prezident Putin planını dəyişdirərək  yanğının araşdırlmasından narazı olan şəhər əhalisi ilə görüşməyə qərar verib.

Putin  yanğın nəticəsində ölən və xəsarət alanların yaxınları  ilə görüşdə  onları əmin edib ki, araşdırma onun nəzarətindədir və bütün məsələlər ciddi surətdə araşdırılacaq: “Buna kimsənin şübhəsi olmasın. Hazırda  yüzdən artıq mütəxəssisin iştirakı ilə araşdrma aparılır. Odur ki, məsələ diqqətlə araşdırılacaq və günahkarlar layiqli cəsazını alacaq”.

Putin onu da bildirib ki, hadisə nəticəsində ölənlərlə bağlı verilən rəqəmlər doğrudur və buna heç bir şübhə olmamalıdır.

Qeyd edək ki, martın 25-də Kemerovanın “Qış albalısı” Ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər  ölüb,  xeyli sayda insan isə xəsarət alıb.

Gununsesi.info