İstanbulda oğlunun törətdiyi qəzadan danışan Somali prezidenti qəzadan sonra oğlunun qaçmadığını və işə qayıtmalı olduğunu bildirib. Prezident onu da deyib ki, oğluna qayıdıb ədliyyə orqanlarına təslim olmasını tövsiyə edib.
Gununsesi.info xəbər verir ki, İstanbulda Somali prezidenti Həsən Şeyx Mahmudun oğlu Məhəmməd Həsən Şeyh Mahmud motosiklet sürücüsü Yunus Emre Göçeri arxadan vurub.
Ağır yaralanan Göçer 6 gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qəzadan sonra ifadəsi alındıqdan sonra sərbəst buraxılan Şeyx Mahmudun xaricə qaçdığı müəyyən edilib.
Somali prezidenti Həsən Şeyx Mahmud oğlu Məhəmməd Həsən Şeyx Mahmudun törətdiyi ölümlə nəticələnən qəzadan ilk dəfə danışıb.
Amerikanın “Associated Press” agentliyinə danışan prezident Həsən Şeyx Mahmud oğlunun qəzadan sonra Türkiyədən qaçmadığını və iş üçün ölkəsinə qayıtmalı olduğunu bildirib. O, oğlunun qəzadan sonra hadisə yerindən ayrılmadığını və günlərlə İstanbulda qaldığını deyib.
Oğlunun Türkiyə ilə əlaqəsinin davam etdiyini bildirən Şeyx Mahmud ona geri qayıdıb ədliyyəyə təslim olmağı tövsiyə etdiyini bildirib. “Mən ona deyirəm ki, geri dönüb ədalətə təslim ol. Amma sonucda o yetkindir və bu onun verəcəyi qərardır. Mən ona qayıtmağı məsləhət görürəm”.
Somali prezidentinin 40 yaşlı oğlu Məhəmməd Həsən Şeyh Mahmud noyabrın 30-da İstanbul Aksaray istiqamətində hərəkətdə olarkən qarşısına çıxan motosiklet kuryeri Yunus Emre Göçeri vuraraq ağır xəsarətlər yetirib.
Hadisədən sonra polis qrupları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb, sonra axşam buraxılıb.
Mahmud dekabrın 2-də Türkiyəni təyyarə ilə tərk edərkən, 38 yaşlı Göçer dekabrın 6-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Şübhəli şəxsə qarşı cinayət tərkibinin “ehtiyatsızlıqdan xəsarət yetirmə”dən “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsinə dəyişdiyi halda, dekabrın 8-də onun barəsində həbs qətimkan tədbiri seçilib.
Ədliyyə naziri Yılmaz Tunç İstanbulda ölümlə nəticələnən qəzadan sonra xaricə gedən Somali liderinin oğlunun məhkəmə prosesində iştirak etmək üçün yaxın günlərdə Türkiyəyə gələ biləcəyini deyib.
Gununsesi.info