Prezidentdən şəxsən üzr istədi

  • By admin
  • 27 Mart 2018 14:18

Baş verən yanğınla əlaqədar olaraq yerli əyalət rəhbəri ölkə başçısından şəxsən üzr istəyib.

Gununsesi.info xəbər verir ki, Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev çoxsaylı insan tələfatına səbəb olan “Qış albalısı” Ticarət Mərkəzində baş verən yanğınla əlaqədar olaraq prezident Vladimir Putindən şəsxən  üzr istəyib.

 Kemerovo vilayət qubernatorunun prezidentdən rəsmi üzr istəməsi ilə bağlı məlumat Kremlin rəsmi saytında yerləşdirilib.  “Cənab Vladimir Vladimiroviç, Siz şəxsən mənə zəng vurdunuz. Sizə bir daha çox sağ olun deyirəm. Mən şəxsən özüm Sizdən  bizim ərazimizdə baş verən hadisə ilə bağlı üzr istəyirəm”- qubernator Aman Tuleyev, prezidentin iştirak etdiyi müşavirədə bəyan edib.

Gununsesi.info